"Gürcüstanda "Qafqaz evi" qurula və ev sahibliyi edə bilər" -Açıqlama

Ekspert rəyi 17:15 19.04.2025

"Gürcüstanda "Qafqaz evi" qurula və ev sahibliyi edə bilər"-Açıqlama

Azərbaycan-Gürcüstan arasında əsrlər boyu qardaşlıq münasibətləri mövcuddur. Dövlətlərarası münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Zaman-zaman iki ölkə arasında birgə bir çox önəmli layihələr icra edilib və hər biri ölkə, xalq, coğrafi şərait üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir qarşılıqlı münasibətlər günümüzdə də davam etməkdədir. Yaxın günlərdə Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk rəsmi səfərini Bakıya etməsi də söylənilənlərə bariz nümunədir. Bununla yanaşı, aprelin 17-si Tbilisidə Azərbaycan, Gürcüstan, Ermənistan XİN rəsmilərinin görüşü də sözügedən ölkələr və Qafqaz üçün gözlənilənlər barəsində mühüm məqamları açıqlayır. Lakin gizli qalan məqamlar da mövcuddur.
Bu zaman sual yaranır:
Sözügedən üçtərəfli görüş nələri vəd edir?

Mövzu ilə bağlı EDnews-a açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu bir ərazidir:

"Başda ABŞ olmaqla Qərb koalisiyası ilə Rusiyanın maraqları kəsişir. Qərb, Cənubi Qafqaz Respublikalarından Rusiyaya qarşı istifadə etməyə çalışır. Şərqlə Qərbi birləşdirən Cənubi Qafqazın üç ölkəsində müəyyən fikir ayrılıqları mövcuddur. Bu ölkələrdən Azərbaycan beynəlxalq hüquq çərçivəsində qonşularla dinc, bərabər yaşamaq prinsipinə əməl etməkdədir. Gürcüstanla münasibətlərimizə gəlincə isə istər siyasi, istərsə də iqtisadi sahədə əlaqələrimiz yüksək səviyyədə olub, maraqlarımız uzlaşmaqdadır. Lakin Ermənistanın Azərbaycan ilə sülh sazişinə getməməsi, müəyyən maneələr yaratması münasibətlərdə stabilliyin pozulmasına gətirib çıxarır. Bu baxımdan da Qərb məhz Ermənistan üzərindən ölkəmizə təzyiq göstərməyə çalışır. Əgər Cənubi Qafqazda stabilliyin yaranmasını istəyiriksə, sözügedən üç ölkə arasında əməkdaşlıq vacib amillərdəndir. Bu ölkələrin ortaq məxrəcə gələ bilməsi üçün isə Ermənistan-Azərbaycan arasında sülh sazişi vacibdir".

Azad.jpg

Politoloq əlavə edib ki, yaxın günlərdə üç ölkənin xarici işlər nümayəndələrinin bir araya gəlməsi, habelə Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri siyasi-iqtisadi əməkdaşlığın inkişafının nəticəsidir. Baş verənlərin fonunda, Gürcüstanda "Qafqaz evi" qurula və ev sahibliyi edə bilər. Eləcə də gələcək zaman perspektivində Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunmasının bu ölkə şəraitində baş tutması gözləniləndir. Gürcüstanın neytral və Cənubi Qafqazın maraq dairəsində olması məhz hadisələrin bu şəkildə inkişafı üçün zəmindir.

Aytac Kərimova//EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
Hamısı