Niyə kapitalizimdən əl çəkə bilmirik?

Ekspert rəyi 14:56 10.06.2025

Kapitalizm bu gün dünyanın ən geniş yayılmış iqtisadi modeli deyil, həm də qlobal həyat tərzidir. Demək olar ki, bütün ölkələrin iqtisadi həyatında kapitalist prinsiplər hökm sürür. Lakin son illərdə artan sosial bərabərsizlik, ekoloji böhran və psixoloji təzyiqlər kapitalizmə qarşı tənqidlərin artmasına səbəb olub. Buna baxmayaraq, bəşəriyyət kapitalizmdən niyə əl çəkmir?

"EDnews" xəbər verir ki, İqtisadçı ekspert Rəşad Həsənov Valyuta.az-a açıqlamasında kapitalizmin bəşəriyyət üçün ideal bir sistem olmasa da, alternativlərnin ya işləməməsi, ya da inandırıcı olmaması səbəbilə dominant olaraq qaldığını bildirib: “İnsanların azadlıq, rifah, istehlak, mülkiyyət hüququ və fərdi təşəbbüs arzuları ilə uyğunlaşdığı üçün də asanlıqla əl çəkə bilmirlər”.

ekspert.jpg

R.Həsənov bildirdi ki, kapitalizm sərbəst bazar münasibətləri fonunda özəl mülkiyyətə əsaslanan, gəlirin maksimallaşdırılmasına hədəflənmiş bir iqtisadi modeldir: “Kapitalizmin radikal tənqidçilərindən biri olan Karl Marks belə mülkiyyət hüququndan imtinanın doğura biləcəyi sosial fəsadları dərk edir və bu məsələyə yanaşmalarında toxunurdu. Kapitalizmdə rəqabət əsas hərəkətverici qüvvədir. Bu, insan potensialının səfərbər edilməsini, yeni ideyaların ortaya çıxmasını və innovasiyaların inkişafını təşviq edir.

Amerikalı iqtisadçı Milton Friedman kapitalizmin üstünlüklərini xüsusilə təhsil sistemində dövlət və özəl sektorun müqayisəsi ilə əsaslandırmağa çalışırdı. Onun arqumentlərinə görə, özəl sektorun effektivliyi daha yüksəkdir”.

Ekspert əlavə edir ki, kapitalist modelin fərqləndirici üstünlüklərindən biri onun çevikliyidir: “Kapitalizm ideyanın dəyərinə və resursların əlçatanlığına əsaslanaraq inklüzivlik yaradır. Bu, sistemin adaptasiya qabiliyyətini və yeniliklərə çevik reaksiyasını artırır. Müasir çağırışlar - ticarət müharibələri, texnologiyanın sürətli inkişafı, süni intellektin yüksəlişi, iqlim dəyişikliyi və gəlir bərabərsizliyi - kapitalist modeli tənzimləmə və yenidən dizayn etməyə vadar edir”.

İqtisadçı Ace Molnun tədqiqatlarında kapitalizmdə ciddi problem olaraq önə çıxan məsələlərdən birinin gəlir bərabərsizliyidir. Bu mövzuya toxunan R.Həsənov dedi ki, bu məsələ artıq ciddi uçurumlar formalaşdırıb: “Yeni bir model ortaya çıxarsa, bu model gəlir bərabərsizliyini həll etməlidir. Gün keçdikcə bir çox kapitalist modellər özündə sosialist, sol dəyərləri birləşdirməyə çalışır və inkişaf edir”.

“Kapitalizmin bu qədər uzunömürlü olmasının əsas səbəbi də məhz onun dəyişikliklərə cavab verə bilmə qabiliyyətidir. Gələcəkdə bu modelin mövqeyini qoruyub saxlaması, onun özünü tənzimləməyə və yeni çağırışlara uyğunlaşmağa nə qədər davam edə biləcəyindən asılı olacaq.  Kapitalist iqtisadi modelin resursları tükənməyib və bu model gün keçdikcə özü-özünü təkmilləşdirir. Konservativ iqtisadi modellər güclənərək bu institutları məhv etməsə, kapitalizm uzun müddət dünyada aparıcı iqtisadi model olaraq qalacaqdır. Gələcəkdəki 50–100 ildə onun dəyişməsi yönündə çağırışlar yoxdur” – deyə iqtisadçı bildirdi.

R.Həsənov qeyd etdi ki, Azərbaycandakı iqtisadi modeli inkişaf etmiş ölkələrin iqtisadi modeli ilə müqayisə etsək, çox daha geridə qaldığını görərik: “Azərbaycan iqtisadiyyatını hazırda daha çox qiymətləndiricilər tərəfindən qarışıq iqtisadi model kimi nəzərdən keçirilir. Azərbaycan iqtisadiyyatı transformasiya dövrünü tam başa vurmayıb  və transformasiya institutları bu məsələdə tam effektiv deyil. Azərbaycan iqtisadiyyatı hazırda birmənalı bazar iqtisadiyyatı hesab olunmur, qarışıq iqtisadi modeldir və indiki halda uğursuz qarışıq iqtisadi model adlandırmaq daha doğru olar”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
08:43 12.06.2025
İran İsraillə müharibəyə hazırlaşır
06:50 12.06.2025
Aİ Çinin iki bankına sanksiya təklif edib
02:40 12.06.2025
ABŞ Avstraliyaya atom sualtı qayıqların tədarükü sazişinə yenidən baxacaq
00:24 12.06.2025
Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması
16:53 11.06.2025
"Los-Anceles sakinləri çox şanslıdırlar ki, onlara kömək etmək qərarına gəldim"
16:21 11.06.2025
Peru tariflərə görə ümidini Çinə bağlayır
15:42 11.06.2025
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"
15:31 11.06.2025
Rusiya İrana nüvə yanacağını ölkədən çıxarmağa kömək edə bilər
15:04 11.06.2025
Arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb
14:23 11.06.2025
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
14:19 11.06.2025
"ChatGPT" yeni modelini işə salır
13:57 11.06.2025
Rusiya diplomatı XİN-ə çağırıldı
13:18 11.06.2025
Leroy Sane "Qalatasaray"la razılığa gəldi
13:01 11.06.2025
Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
12:24 11.06.2025
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
12:21 11.06.2025
ABŞ "F-35" qırıcılarının alışını iki dəfə azaltdı
10:26 11.06.2025
“Türküstan”ın 19 yaşı tamam oldu
10:17 11.06.2025
Piramidaların altında nə var?
07:34 11.06.2025
Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50-ni keçib
07:16 11.06.2025
Kaliforniya Qubernatoru amerikalıları Trampa müqavimət göstərməyə çağırır
06:11 11.06.2025
Dünyanın ən uzunömürlü balinası aşkarlandı - 200 ildən çox yaşayır
02:10 11.06.2025
"Google" "Android 16"nın anonsunu verdi
01:12 11.06.2025
CAR-da daşqınlar nəticəsində yeddi nəfər ölüb
00:34 11.06.2025
"Dünya nüvə məhvinə heç vaxt olmadığı qədər yaxındır"
00:28 11.06.2025
Tramp vətəndaşları güc tətbiq edəcəyi ilə hədələyib
00:11 11.06.2025
Virts “Liverpul”a keçir
00:06 11.06.2025
ABŞ-Çin ticarət danışıqları yekunlaşıb
21:01 10.06.2025
Şof Aİ miqrasiya nəzarətini gücləndirməyə çağırır
20:48 10.06.2025
"İran üç həftə ərzində 10 nüvə başlığı istehsal etmək gücünə malikdir"
20:39 10.06.2025
"ABŞ-nin NATO üzrə müttəfiqləri Rusiyanı çəkindirməlidir"
19:55 10.06.2025
Türkiyədə "Coca-Cola"nın fəaliyyəti araşdırılır
18:18 10.06.2025
Azərbaycanın Baş naziri Özbəkistan Prezidenti ilə görüşüb
18:17 10.06.2025
"Osimhen “Qalatasaray”da qalmaq istəyir"
17:38 10.06.2025
Qvardiola Qəzza xalqına dəstək çağırışı etdi
17:24 10.06.2025
UEFA "Barselona"ya tətbiq olunan cərimənin məbləğini azaldacaq
16:03 10.06.2025
Azərbaycan XİN Avstriyaya başsağlığı verib
15:59 10.06.2025
İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib
15:46 10.06.2025
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqləyib
15:38 10.06.2025
Elektroenergetika sektorunda sabit tarif tətbiq olunacaq
14:59 10.06.2025
Hamısı