Lazım gələrsə, Rusiya İrana artıq nüvə yanacağını ölkədən çıxarmağa kömək etməyə hazırdır.
"EDnews" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bizim İranla daimi əlaqəmiz var", - deyən Peskov nüvə proqramı ilə bağlı razılaşmalar, o cümlədən artıq nüvə yanacağının çıxarılması ilə əlaqədar Moskvadan mümkün yardımın Tehran və Vaşinqtonla müzakirə edilib-edilməməsi sualını cavablandırıb.
"Bilirsiniz ki, Putin və Tramp arasında son telefon danışığı zamanı bu mövzu məhz bu düsturlalarla müzakirə olunub. Tərəflər lazım bilsə, Rusiya belə xidmətləri göstərməyə hazır olacaq", - deyə Peskov bildirib.