İngiltərənin "Çelsi" klubu 2025/2026 mövsümü üçün oyun formasının ikinci dəstini təqdim edib.
“EDnews” xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi səhifəsi verib.
"Bu gün təqdim olunan və satışa çıxarılan və yeni mövsüm üçün nəzərdə tutulan "Nike" səfər dəstinin dizaynı təzə açılmış kətan üzərində səliqəli fırçanın nazik toxunuşlarını xatırladır.
Komandamız səfər formasında ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatında "Flamenqo" və Tunisin "Esperans" komandaları ilə qarşılaşacaq", - məlumatda bildirilir.
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünü turnir cədvəlində dördüncü pillədə başa vurub. Yeni mövsümdə Enzo Mareskanın komandası Çempionlar Liqasında çıxış edəcək.