"Barbie" istehsalçısı süni intellekt əsaslı oyuncaqlar yaradacaq

Elm və texnologiya 19:02 13.06.2025

Dünyaca məşhur "Barbie" kuklaları artıq süni intellektlə təchiz oluna bilər. 

“EDnews” xəbər verir ki, oyuncaq nəhəngi "Mattel", "Barbie", "Hot Wheels" və "Uno" kimi məşhur brendlərinin süni intellektlə təkmilləşdirilməsi məqsədilə "OpenAI" ilə əməkdaşlığa başlayıb. Bu barədə şirkət "Business Insider" portalına açıqlama verib.

İnnovasiya, məxfilik və təhlükəsizlik ön plandadır

"Mattel" şirkəti yaydığı mətbuat açıqlamasında bildirib ki, "OpenAI" texnologiyalarının köməyi ilə müxtəlif yaş qruplarına uyğun oyunlara "süni intellekt sehri" əlavə ediləcək. Bu zaman innovasiya, istifadəçi məxfiliyi və təhlükəsizlik prinsiplərinə ciddi şəkildə riayət olunacaq.

Hazırda layihənin detalları gizli saxlanılır. Bununla belə, ilk süni intellekt əsaslı məhsulun bu ilin sonunadək təqdim olunacağı gözlənilir.

"Mattel" nəzarəti əlində saxlayır

"Bloomberg"ə açıqlamasında "Mattel"in franşiza üzrə direktoru Coş Silverman bildirib ki, əməkdaşlıq müqaviləsi çərçivəsində şirkət öz intellektual mülkiyyətini "OpenAI"yə vermir və hazırlanacaq məhsullar üzərində tam nəzarəti saxlayır.

Silvermanın sözlərinə görə, "OpenAI" ilə danışıqlar 2024-cü ilin sonlarında başlayıb. Əməkdaşlıq yalnız oyuncaq istehsalı ilə məhdudlaşmır – "Mattel" eyni zamanda "ChatGPT Enterprise" kimi alətlərdən öz biznes əməliyyatlarında da istifadə edəcək.

Süni intellekt və əmək bazarı: cins bərabərsizliyi artmaqdadır

Süni intellektin inkişafı ilə bağlı narahatlıqlar da artır. Yeni analizlərə əsasən, yüksək gəlirli ölkələrdə – xüsusilə ABŞ-da – qadınlar süni intellektin avtomatlaşdırma potensialından daha çox təsirlənirlər. 2023-cü ildə bu risk qadınlar üçün 9,6 faizə yüksəlib, bu göstərici iki il əvvəl 7,8 faiz idi.

Bunun əsas səbəbi qadınların daha çox inzibati, kargüzarlıq və məlumat daxil etmə kimi vəzifələrdə təmsil olunmalarıdır. Bu tip işlər isə süni intellekt vasitəsilə avtomatlaşdırıla biləcək kateqoriyaya daxildir.

"Qorxulmalı olan süni intellekt deyil, ondan istifadə etməyi bacaranlardır”

"Nvidia” şirkətinin həmtəsisçisi Censen Xuand bu məsələyə münasibət bildirərək qeyd edib ki, insanlar süni intellektin özlərini əvəz edəcəyindən yox, bu texnologiyadan daha yaxşı istifadə etməyi bacaran şəxslərdən çəkinməlidirlər:

"Dünyada bu texnologiyanı tam istifadə etməyi bacaran 30 milyon nəfər var. Onlar aləti yaradıb və necə istifadə olunacağını bilirlər. Qalan 7,5 milyard insan isə hələ bu bacarığa sahib deyil.”

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

" Avropa İttifaqı haradadır? "
13:02 14.06.2025
Bakıdan Qazaxa sürətli qatarlarla sərnişindaşımaya başlanacaq
12:59 14.06.2025
"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
12:23 14.06.2025
Devid Bekhem "cəngavər" oldu
11:46 14.06.2025
Polşa Prezidenti Sinqapurdan qayıda bilmir
11:32 14.06.2025
II Türk Ticarət Sərgisi: Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisindən Reportaj
11:17 14.06.2025
İranın Baş Qərargah rəisinin iki müavin həlak olub
11:08 14.06.2025
İranın iki raketi İordaniya və Suriyaya düşüb
11:05 14.06.2025
"ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
11:04 14.06.2025
Tramp və Zelenski NATO sammitində görüşməyəcək
11:03 14.06.2025
Kürdə suyun səviyyəsi arıtb
10:43 14.06.2025
Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...
10:38 14.06.2025
Son hədəf Türkiyədir Xanəmir Telmanoğlu yazır...
10:13 14.06.2025
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
09:25 14.06.2025
Vyetnam BRICS-ə qoşuldu
09:08 14.06.2025
İran İsrailə yardım edən dövlətlərin bazalarını "vuracaq"
09:01 14.06.2025
Ağ ev “SpaceX”lə dövlət müqavilələrini yenidən nəzərdən keçirir
02:28 14.06.2025
İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb
01:42 14.06.2025
“Fitch” Azərbaycan iqtisadiyyatının 3,5 % artacağını proqnozlaşdırır
01:04 14.06.2025
“Ayaks” “Liverpul”un qapıçısını icarəyə götürməyə yaxındır
00:34 14.06.2025
"ABŞ-nin İsrailin İrana qarşı hücumlarda əli var"
00:13 14.06.2025
Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh
22:36 13.06.2025
"Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib"
22:09 13.06.2025
İran İsrailə raket hücumuna başladı
21:27 13.06.2025
İRİA Astara rayonunda havanın radiasiya çirklənməsi səviyyəsini tədqiq edir
21:21 13.06.2025
"Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq"
20:46 13.06.2025
Xameneinin iqamətgahı raketlə vurulub
20:42 13.06.2025
"Azərbaycan BVF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
20:14 13.06.2025
"Barbie" istehsalçısı süni intellekt əsaslı oyuncaqlar yaradacaq
19:02 13.06.2025
İsmayıl Qaani öldürülüb
18:58 13.06.2025
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
18:36 13.06.2025
Azərbaycan İrandan təxliyələrə kömək edir
17:34 13.06.2025
Tudor "Yuventus"-da qalacaq
17:29 13.06.2025
Camal Hill Bakıya gələ bilməyib
17:07 13.06.2025
"Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər"
17:03 13.06.2025
Laçın şəhərinin Baş planı təsdiqləndi
16:58 13.06.2025
“Uber Azərbaycan” cərimələndi
16:56 13.06.2025
"Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz"
16:49 13.06.2025
BMT Təhlükəsizlik Şurası gün ərzində İsrailin İrana zərbəsi ilə bağlı müzakirələr keçirə bilər
16:41 13.06.2025
Qarabağda klaster yanaşmalı yeni turizm məhsulları formalaşdırılır
16:40 13.06.2025
Hamısı