İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ölkə nazirlərinə ictimai yerlərdə görünməyi və "WhatsApp" tətbiqindən istifadəni qadağan edib.
“EDnews” xəbər verir ki, bu barədə yerli jurnalist Süleyman Əhməd məlumat verib.
Qadağanın səbəbi kimi təhlükəsizlik riskləri və mümkün hücum təhlükəsi göstərilir.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri öldürülüblər.