Mixal Probej Polşa millisinin baş məşqçi postunu tərk edib.
"EDnews" xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Mütəxəssis öz istəyi ilə yığmadan ayrılıb.
Qeyd edək ki, daha əvvəl komandanın lideri Robert Levandovskidən kapitan sarğısı alınıb. Təcrübəli forvard baş məşqçi dəyişdirilənədək millidə oynamamaq qərarına gəldiyini açıqlayıb. Polşa Futbol Assosiasiyası kapitan sarğısının alınmasının Probejin qərarı olduğunu bəyan edib.
Mütəxəssis 2023-cü ilin sentyabrında bu posta təyin olunmuşdu.