Böyük Britaniyanın Baş naziri Kir Starmer İran və İsraili "geri addım atmağa və təcili olaraq gərginliyi azaltmağa" çağırıb.
"EDnews" xəbər verir ki, Starmer zərbələri "narahatedici" adlandırıb.
"Münaqişənin eskalasiyası regionda heç kimə fayda vermir", - deyə o bildirib.
"Yaxın Şərqdə sabitlik prioritet olmalıdır və biz tərəfdaşları münaqişənin deeskalasiyasına cəlb edirik. İndi təmkin, sakitlik və diplomatiyaya qayıtmaq vaxtıdır", - Britaniya baş naziri deyib.