Livan hökuməti "Hizbullah" hərəkatını ölkəni İsrail və İran arasındakı hərbi münaqişəyə cəlb edəcəyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib.
Bu barədə “EDnews” Səudiyyə Ərəbistanının “Al Arabiya” nəşrinə istinadən məlumat verir.
Nəşrin mənbəyi bildirib ki, Livan hökuməti Tehranın İsrailin son hücumuna mümkün cavabında "Hizbullah"ın iştirakına dözməyəcəyini aydın şəkildə bildirib.
"Təşkilatın dövləti nəzərə almadan müharibəyə başlamağa qərar verdiyi dövr artıq geridə qalıb", - nəşr qeyd edib.
Öz növbəsində "Hizbullah" təşkilatı rəsmi bəyanat yayaraq, münaqişəyə müdaxilə etmədiklərini və İsrailə qarşı heç bir hücuma başlamayacaqlarını bildirib.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksək rütbəli hərbçi və nüvə alimləri öldürülüblər.