Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
“EDnews” xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət qurumunun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Bu çərçivədə iyunun 14-də Rusiyanın bir qrup mədəniyyət və incəsənət xadimi İrandan Azərbaycana təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var.