"İyunun 14-də saat 2:00-da Beyləqan rayonunda baş verən yanğında xəsarət alması səbəbilə 16 nəfər (15-i kişi, 1-i qadın cinsli olmaqla) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
“EDnews” xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan 1984-cü il təvəllüdlü şəxsə sol biləyin kəsilmiş, cırılmış yarası, 1995-ci il təvəllüdlü şəxsə sol qolun cırılmış yarası, 2004-cü il təvəllüdlü şəxsə sol ayağın birinci barmağının kəsilmiş yarası, digər şəxslərə isə tüstüdən zəhərlənmə diaqnozu təyin edilib.
"Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.