Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və bu qətnamədə son 20 ildə ilk dəfə olaraq Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə öhdəliklərini pozduğu aşkarlanıb.
“EDnews” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, İran 2019-cu ildən etibarən agentliyə bəyan edilməmiş nüvə materialı və nüvə obyektlərinin fəaliyyəti ilə bağlı tam və vaxtında açıqlama verməyib.
Qeyd olunub ki, bu vəziyyət Tehranı qəzəbləndirəcək, eləcə də İrana tətbiq edilən sanksiyalar və Tehranın nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün aparılan İran-ABŞ danışıqlarını çətinləşdirəcək.