İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda "Hizbullah" hərəkatının artilleriya komandiri Məhəmməd Camal Muradı öldürüb.
“EDnews” xəbər verir ki, bu varədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Murad İsrail ərazisinə çoxsaylı raket hücumlarına görə məsuliyyət daşıyıb.
Qeyd olunur ki, o, son aylarda "Hizbullah"ın sahil sektorunda artilleriya qabiliyyətini bərpa etməyə çalışırdı.