eneral-leytenant Ceymi Speyser-Blanşet Kanada Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini tutan ilk qadın olacaq.
“EDnews” xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“The Canadian Press” agentliyinin məlumatına görə, yeni baş komandan təyinat mərasimində Kanada Hərbi Hava Qüvvələrinin “böyük problemlərlə” üzləşdiyini vurğulayıb. “Hazırda bizdə kadr çatışmazlığı mövcuddur, bununla yanaşı döyüş hazırlığına yüksək tələb var. Fikrimcə, əsas problem budur”, - deyə o əlavə edib.
Yeni vəzifəyə təyin olunmazdan əvvəl Speyser-Blanşet BMT və NATO missiyalarında xidmət edən Qriffon hücum helikopterinin pilotu olub və Kanada Hərbi Hava Qüvvələrində müxtəlif komanda vəzifələrində çalışıb.
Kanadanın Baş naziri Mark Karninin sözlərinə görə, hazırda ölkə ordusundakı texnikanın və Hərbi Dəniz Qüvvələrində gəmilərin yarısından az hissəsi işləyir. Buna görə də hökumət yaxın illərdə silahlı qüvvələri yenidən qurmaq və yenidən təchiz etmək niyyətindədir.