Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi özünü güllələyib.
“EDnews” xəbər verir ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Aleksey G. başından aldığı güllə yarası ilə iyulun 10-da Gümrü tibb mərkəzinə yerləşdirilib.
Rusiyalı hərbçi əməliyyat olunub və koma vəziyyətində reanimasiyadadır. Onun vəziyyəti ağır qiymətləndirilir.