Bu gün, iyulun 11-i, sənaye inqilabından sonra büyük texnoloji nailiyyətlər qazanan, insan haqları və demokratik dəyərlərlə ön plana çıxan Avropanın ortasında, sivilizasiyanın qəlbini donduran faciənin – Srebrenitsa soyqırımının üzərindən 30 il keçir. Bu hadisə təkcə Bosniya və Herseqovinanın yox, bütün bəşəriyyətin utanç səhifəsidir. 1995-ci ilin iyulunda bir neçə gün davam edən bu soyqırımda 8372 bosniyalı müsəlman mülki şəxs amansızcana qətlə yetirildi. Hadisə öz miqyası, bəsirliliyi və beynəlxalq ictimaiyyətin passivliyi ilə insanlığın çşərəsini bir daha ortaya qoydu.
BMT danışdı,amma gec idi
2007-ci ildə Beynəlxalq Haaqa Tribunalı, daha sonra BMT-nin 2024-ci il tarixli qətnaməsi Srebrenitsa qətlamını rəsmi soyqırım kimi tanıdı. Lakin bu tanıma hadisənin baş verdiyi vaxtdan illər sonra gerçəkləşdi. Soyqırıma bəxş edilən siyasi etiraflar çox zaman formal bəyanatlardan ibarət oldu, həqiqi cəza məxanizmləri isə ya işləmədi, ya da çox gec tətbiq olundu. Serb generalı Ratko Mladiç bu prosesin sımvoluna çevrilsə də, beynəlxalq ictimai vicdanı əsl cavabları tapa bilmədi.
Səssizliyin səsli yaddaşı
2025-ci ilin iyulunda Srebrenitsada yenidən əsil bir kütləvi sükut marşı baş tutur. Potoçari Memorial Qəbiristanlığında daha 7 şəhid torpağa tapşırılır. Hələ də 1300-dən çox insanın nəşi tapılmayıb. Bəzi hallarda eyni şəxsin iki, bəzən üç parçası fərqli yerlərdə tapılıb və hər bir parça dəfn olunub. Bu, soyqırımın dəhşətinin bədnən dəyil, parçalanan yaddaşlarla daşındığını göstərir.
BMT niyə danışmır?
Soyqırım bəşəriyyət əleyhinə cinayətdir. Amma bu cinayətin BMT himayəsində baş verməsi tarixin ironiyası deyil, qara gülüşdür. BMT Srebrenitsanı "təhlükəsiz zona" elan etsə də, Hollandiya sülhməramlılarının passivliyi fələkətə yol açdı. Bu, beynəlxalq qurumların tənzimləyici deyil, sənəd yazan şəhidsiz mətbuat katibliyinə çevrildiyinin təsdiqidir.
Srebrenitsa təkrarlanır?
Srebrenitsadan sonra "bir daha heç vaxt" deyildi. Lakin Suriyada, Qəzzada, Arakanda, Mariupolda baş verən hadisələr bu cümlənin sənədlə deyil, sadəcə səs-küylə əlavə olunduğunu göstərdi. Beynəlxalq cəmiyyətin ikili standartları – bir yerdə "soyqırım", digər yerdə "daxili münaqşiə" deyimi bəşəri vicdanın sınmasına dəlildir.
Avropanın "üç meymun" taktikası
Avropa öz mədəniyyət və dəyərlər manifestosuna baxmayaraq, Srebrenitsa qarşısında passiv şahid oldu. Bu, liberal dəyərlərin selektiv tətbiqini, insan haqlarının coğrafiya və kimliklə təyin olunduğunu bir daha isbat etdirdi. Avropanın siyasi elitları təqvimlərin soyqırım günlərinə dənək kimi yanaşır, lakin qurbanlara ədalət yox, ancaq ağlıan nitqlər verir.
Yaddaş unudursa, tarix təkrarlanır
Srebrenitsa 30 ildə nəyi öyrətdi? Qurbanlar dəfn olundu, lakin vicdanlar dəfn edilməməlidir. Soyqırımı anmaq tarixi yox, etik borcdur. Bu, sadəcə bir xalqın yox, bəşəriyyətin qan yaddaşıdır. Və bu yaddaşı susdurmaq yox, danışdırmaq lazımdır.
Şahlar Ruhi