Yeni razılaşmalara əsasən, Ukraynaya veriləcək ABŞ silahlarının ödənişini NATO müttəfiqləri tam şəkildə qarşılayacaq.
“EDnews” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "NBC News" telekanalına verdiyi müsahibədə bəyan edib.
"Biz silahları NATO-ya göndəririk və bu silahların xərcini NATO 100 faiz ödəyir. Bu proses belə olacaq: silahlar NATO ölkələrinə göndəriləcək, sonra isə Alyans həmin silahları Ukraynaya verəcək və ödənişi NATO edəcək", - deyə Ağ Ev rəhbəri bildirib.
ABŞ prezidenti qeyd edib ki, bu mexanizmə dair razılıq iyun ayında keçirilmiş Şimali Atlantika Alyansının sammiti zamanı əldə olunub.