İsrail Silahlı Qüvvələri Livanın müxtəlif bölgələrində “Hizbullah”a məxsus obyektlərə yeni hava zərbələri endirib.
EDnews xəbər verir ki, bu barədə məlumat İsrail ordusunun mətbuat xidməti tərəfindən yayımlanıb.
Bildirilir ki, hücumlar əsasən Livanın cənub hissəsində və Bekaa vadisində həyata keçirilib. Zərbələrin əsas hədəfi “Hizbullah”ın hərbi infrastrukturu, o cümlədən strateji silahların istehsalı və saxlanıldığı obyektlər, eləcə də rəhbərliyə məxsus komanda məntəqələri və rakit buraxılış nöqtələri olub.
Bu əməliyyat, İsrailin Livanla sərhəddə artmaqda olan gərginlik fonunda həyata keçirdiyi son hərbi addımlardan biri kimi qiymətləndirilir. Hazırda bölgədə vəziyyətin kəskinləşməsi ilə bağlı beynəlxalq narahatlıqlar artır.