İranın dondurulmuş aktivlərinin bir hissəsi ABŞ-dən ərzaq məhsullarının alınmasına yönəldiləcək.
EDnews xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
"Dondurulmuş vəsaitlər ərzaq məhsullarının alınmasına sərf olunacaq. Həmin məhsullar isə yalnız Birləşmiş Ştatlardan, bizim fermerlərdən satın alınacaq", - deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişini şərh edərkən bildirib.
ABŞ lideri, xüsusilə, qarğıdalı və soya məhsullarının alınacağını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Qətərin İranın dondurulmuş aktivlərinin istifadəsinə nəzarət mexanizminin yaradılmasına dəstək verəcəyini açıqlamışdı.







