Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qazanıb.
Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə seviniblər.
***
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda beşinci qol vurulub.
1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 3:2.
90+3-cü dəqiqədə Enzo Fernandes fərqlənib.
***
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda dördüncü qol vurulub.
Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
83-cü dəqiqədə Lionel Messi fərqlənib.
***
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda üçüncü qol vurulub.
EDnews xəbər verir ki, 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesab arasındakı fərqi azaldıb - 1:2.
79-cu dəqiqədə Kristian Romero Messinin ötürməsini qola çevirib.
***
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci qol vurulub.
Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
67-ci dəqiqədə Mustafa Ziko rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.
***
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.
EDnews xəbər verir ki, 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.







