Niderland millisinin və “İnter”in müdafiəçisi Denzel Dumfries karyerasını İspaniyada davam etdirə bilər.
EDnews xəbər verir ki, “Real Madrid” 30 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Məlumata görə, tərəflər arasında 4 illik müqavilə imzalanacaq.
İspaniya nəhəngi Dumfries üçün “İnter”ə təxminən 20-25 milyon avro ödəməyə hazırlaşır. Bir sıra mənbələr futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin bu aralıqda olduğunu yazır.
Dumfriesin “Real Madrid”ə keçidi klubun müdafiə xəttini gücləndirmək planının bir hissəsi kimi qiymətləndirilir. O, sağ cinah müdafiəçisi mövqeyində çıxış edir və həm müdafiədə, həm də hücumda fəallığı ilə seçilir.
Qeyd edək ki, Denzel Dumfries 2021-ci ildən “İnter”in formasını geyinir.
.png)




.jpg)
.jpg)
