Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
EDnews xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan millisi yarımfinalda Serbiya ilə üz-üzə gələcək.
Qarşılaşma Slovakiyada yerləşən “Tipos Arena”da keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Digər yarımfinal görüşündə Macarıstan və Ukrayna yığmaları qarşılaşacaqlar. Bu oyun isə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində uğurlu çıxış edərək Avstriyanı 1:0, İtaliyanı 3:0, Fransanı isə 3:2 hesabı ilə məğlub edib.
Millimiz 1/8 finalda Qazaxıstanı 3:2, 1/4 finalda isə Çexiyanı 5:2 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.
.png)





.jpg)
