Rusiyanın Sankt-Peterburq şəhəri hərbi təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı hücumuna məruz qalıb.
EDnews-un verdiyi məlumata görə, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov şəxsi "Telegram" kanalında bildirib.
Qubernator bildirib ki, hazırda hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyət göstərir. A.Beqlov şəhər əhalisinə dron təhlükəsi aradan qaldırılana qədər mənzillərini tərk etməməyi və çölə çıxmamağı məsləhət görüb. O, həmçinin mobil internetdə fasilələrin ola biləcəyini qeyd edib.
Yerli "Bumaqa" adlı nəşrin məlumatına əsasən, şəhər ərazisində partlayış səsləri eşidilməkdədir və səmada tüstü dumanı müşahidə edilir. Qeyd olunur ki, Kirov rayonu ərazisindəki Peterburq Neft Terminalında yanğın başlayıb. Orada iyunun 3-də - Peterburq Beynəlxalq İqtisadi Forumunun açıldığı gün hücumdan sonra artıq böyük yanğın olmuşdu.







