I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Nuriyev Yarməmməd Maqsud oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
EDnews APA-ya istinadən xəbər verir ki, bu gün itkin-şəhidlə Xaçmaz rayonunda vida mərasimi keçirilib.
Şəhidin nəşinin qalıqları Xaçmaz rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Nuriyev Yarməmməd Maqsud oğlu 1961-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində doğulub.
1993-cü ildə Cəbrayıl rayonunda, Araz çayının yaxınlığında itkin düşüb.
Uzun illər itkin hesab olunan şəhidin kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən edilib və nəşi ailəsinə təhvil verilib.









