BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yaydı

Cəmiyyət 18:05 25.04.2025

Beynəlxalq Avrasiya Mətbuat Fondu Kanadanın baş naziri, Liberal Partiyanın lideri Mark Karninin 24 apreldə qondarma erməni soyqırımının 110-cu ildönümü ilə bağlı səsləndirdiyi fikirləri kəskin tənqid edən bəyanat yayımlayıb. BAMF prezidenti Umud Mirzəyevin imzaladığı bəyanatda Karninin səsləndirdiyi fikirlərin əsassız və qərəzli olduğu və bütövlükdə bu tipli çıxışların regionda mümkün sülhə birbaşa təhdid olması öz əksini tapıb.

Bəyanatın tam mətni:

“24 Aprel 2025-ci il tarixində Kanadanın Baş naziri və Liberal Partiyanın lideri Mark Karni tərəfindən Azərbaycan və Ermənistan arasında baş verənlərlə bağlı səsləndirilmiş əsassız və tarixi reallıqlardan uzaq açıqlama regionda davam edən sülh təşəbbüslərinə və beynəlxalq hüququn prinsiplərinə açıq hörmətsizlikdir. Biz, Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq, bu cür təxribat xarakterli və birtərəfli bəyanatları qətiyyətlə pisləyir, bu tip fikirləri Cənubi Qafqazda yeni gərginliklərə zəmin yarada biləcək təhlükəli addımlar kimi qiymətləndiririk.

Cənab Karninin qeyd etdiyi "zorla köçürülmə" ifadəsi qətiyyən reallıqlarla üst-üstə düşmür. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk edən ermənilər heç bir zorakılığa və ya təzyiqə məruz qalmamış, əksinə, Azərbaycan dövləti tərəfindən onlara humanitar dəstək göstərilmişdir. BMT və digər beynəlxalq təşkilatların nümayəndələri də bölgədə heç bir zorakılıq halının qeydə alınmadığını təsdiqləmişdir.

Ancaq, son 30 il ərzində Ermənistanın işğal siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından vəhşicəsinə qovulmuş, qətlə yetirilmiş, kənd və şəhərləri viran edilmiş, qəbiristanlıqları dağıdılmış, mədəni irsləri məhv edilmişdir. Ötən əsrdə Azərbaycanlılar bir neçə dəfə, son olaraq 1988-1989-cu illərdə isə tamamilə indiki Ermənistan ərazisindən (doğma torpaqlarından) deportasiya olunublar. Uzun illər doğma kəndi, evi işğal altında olan, dağıdılan və bu münaqişədən əziyyət çəkən bir milyona yaxın azərbaycanlı qaçqından biri kimi cənab Karniyə xatırlatmaq istəyirik: sülh, tarixi saxtalaşdırmaqla deyil, ədalətə və obyektivliyə əsaslanmaqla qurula bilər.

Azərbaycan bu gün sülh sazişinin imzalanması üçün konkret və konstruktiv addımlar atır. Ermənistan isə hələ də revanşist ritorikadan əl çəkmir. Belə bir həssas dövrdə, Kanada kimi bir ölkənin baş nazirindən gözlənilən birtərəfli və emosional çıxışlar deyil, regionda dayanıqlı sülhə dəstək verəcək ədalətli və balanslı mövqe nümayiş etdirməkdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 ildən artıqdır ki, bölgədə sülh və əməkdaşlığın təşviqi üçün çalışan beynəlxalq qeyri-hökumət təşkilatı olaraq, bu tip məsuliyyətsiz bəyanatları kəskin şəkildə qınayır və sülhə xələl gətirə biləcək istənilən addımlara qarşı çıxış etməyə davam edəcəyini bildirir.”

Qeyd edək ki, ingilis dilində imzalanan bəyanat Kanada baş nazirinin ofisinə göndərilib.

 

 

 

1000468361.jpg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Hamısı