BAMF COP29-da İqlim Böhranına qarşı QHT-lərin rolu mövzusunda müzakirə təşkil edib

Cəmiyyət 17:58 11.11.2024

Bu gün COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumunun Pavilyonunda “İqlim Böhranında QHT-lərin Rolunun Gücləndirilməsi: Kənd Təsərrüfatının Davamlılığı, Su İdarəçiliyi və Qida Təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi baş tutub. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən təşkil olunan bu tədbirdə yerli və beynəlxalq ekspertlər QHT-lərin iqlim böhranına qarşı fəaliyyətlərini gücləndirmək üçün konkret görüləcək işləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər.  

Panelin açılış nitqində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, iqlim böhranının kənd təsərrüfatı və su resursları üzərindəki təsirlərinə toxundu. O, xüsusilə, münaqişə sonrası ərazilərdə ekoloji və humanitar layihələr vasitəsilə icmalar üçün yeni inkişaf imkanları yaratmağı BAMF-ın bir vətəndaş cəmiyyəti təşkilatı olaraq əsas missiyalarından biri kimi qeyd etdi. Həmçinin, bu çətinliklərə cavab olaraq QHT-lərin su ehtiyatlarının idarə olunmasında, kənd təsərrüfatının davamlılığında və qida təhlükəsizliyinin qorunmasında əsas rol oynaya biləcəyini vurğuladı. Çıxışın sonunda Umud Mirzəyev iqlim dəyişikliyinin təsirlərini azaltmaq və yerli icmaların dayanıqlı inkişafını təmin etmək üçün QHT-lərin daha aktiv və strukturlaşmış təşəbbüslərə ehtiyacı olduğuna işarə etdi.  

Panelistlər arasında ilk olaraq söz alan Belçikadan dəvət olunmuş Angelė Kėdaitienė, keçmiş Avropa Komissiyası üzvü və Club Climate Europe - Qlobal İqlim Məktəbinin baş katibi kimi Avropada iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq və hökümətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyindən danışıb. O, son illərdə Avropa üçün yaşıl pakt (anlaşma) haqqında insanların məlumatlılığının artırılmasının vacibliyini və bu istiqamətdə sıravi insanların və QHT-lərin təşəbbüslərinin yüksək səviyyədə dəstəkləndiyini qeyd edib: “QHT-lərin dayanıqlılıq strategiyalarının tətbiqi baxımından çox böyük imkanları var. Onlar bu gün rahatlıqla iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət götürə və öz təsir dairələrini genişləndirə bilərlər. Bunun üçün yaxşı şanslar var. Mən BAMF və onun partnyoru “Sülhün Kökləri” təşkilatlarını bu şansları reallıqlara çevirən QHT-lər arasında nümunə çəkmək istərdim.”

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Leyli Ağayeva isə iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələlərinə toxunub: “İqlim dəyişikliyi kənd təsərrüfatı sektorunu ciddi sınaqlarla üz-üzə qoyur, amma eyni zamanda davamlı kənd təsərrüfatı sistemləri qurmaq üçün yeni imkanlar yaradır. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, yerli icmaları gücləndirmək, iqlimə uyğun texnologiyaları tanıtmaq və resursların effektiv istifadəsini təşviq etmək məqsədi daşıyır. Vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edərək, iqlim dəyişikliyinə qarşı daha davamlı və səmərəli kənd təsərrüfatı qurulmasına nail ola bilərik.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndəsi Aysel Səlimova isə qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışıb: “Qida təhlükəsizliyi yalnız istehsal deyil, eyni zamanda məhsulların keyfiyyət və təhlükəsizlik standartlarının qorunması deməkdir və QHT-lərin bu sahədəki maarifləndirmə və təlim fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu gün iqlim dəyişikliyinin çox kəskin şəkildə qida təhlükəsiziliyinə təsirlərinin şahidi oluruq. Sevindirici haldır ki, bu gün bu təsirə qarşı mübarizədə beynəlxalq və lokal səviyyədə tərəfdaşlıqların sayı artmaqdadır. 

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru professor Əlövsət Quliyev, iqlim dəyişikliyinin post-konflikt ərazilərdə kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirlərinə toxundu. O, bu ərazilərdə su mənbələrinin, xüsusən də kəhrizlərin bərpasının əhəmiyyətini vurğuladı və QHT-lərin bu sahədə infrastrukturun yenilənməsi və ekosistemlərin bərpası üçün xüsusi layihələr icra etməli olduğunu bildirdi. Professor, post-konflikt bölgələrdə icmaların yenidən məskunlaşması və kənd təsərrüfatının inkişafı üçün su resurslarının bərpasının vacibliyini və QHT-lərin dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini xüsusilə diqqətə çatdırdı.

“4 Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platforması” təşkilatının prezidenti Kamel Esseghairi, iqlim böhranının təsirini azaltmaq üçün bərpa olunan enerji resurslarının kənd təsərrüfatına inteqrasiyasından bəhs etdi. Esseghairi, günəş və külək enerjisinin kənd təsərrüfatı və su ehtiyatları üzərindəki müsbət təsirini və davamlılıq yaratmaq üçün əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, QHT-lər bərpa olunan enerji mənbələrinin tətbiq etməli, bu texnologiyaların təşviqi üçün pilot layihələr həyata keçirməli və icmalarla əlaqəli məlumatlandırma kampaniyaları təşkil etməlidir. Esseghairi vurğuladı ki, bu gün Azərbaycanın qarşısında 2030-cu ilədək bərpa olunan enerji mənbələrini 30%-dək artırmaq kimi bir hədəf var. Mən inanıram ki, hazırda bu istiqamətdə aparılan siyasətin nəticəsində biz mühüm dəyişikliklərin şahidi olacağıq. 

Panelin yekununda sual-cavab sessiyasında açıq müzakirələr baş tutub. Müzakirələr iqlim dəyişikliyinin kənd təsərrüfatı və qida təhlükəsizliyinə təsirlərini azaltmaq üçün QHT-lərin strateji rolunu vurğulayan və konkret fəaliyyətlərə yönəlmiş təkliflərlə yekunlaşdı.

Qeyd edək ki, BAMF 2013-cü ildən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) üzvüdür və indiyədək su resurslarının düzgün idarəolunması və icmalarda kənd təsərrüfatının inkişafı istəqamətində çoxsaylı layihələrin icraçısı olmuşdur.

ILK_0684.JPG

ILK_1050.JPG

 

ILK_1013.JPG

ILK_1001.JPG

ILK_0960.JPG

ILK_0950.JPG

ILK_0878.JPG

ILK_0801.JPG

ILK_0778.JPG

ILK_0766.JPG


Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Hamısı