COP29-un keçirildiyi tarixlərdə Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət qoyulmayacaq.
EDnews “Report”-a istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov açıqlama verib.
“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət, qadağala və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib.
E.Soltanovun sözlərinə görə, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumların rəsmi məlumatlarını əsas götürməyə çağırıb.