İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı strateji və hökumət hədəflərinə zərbələri gücləndirmək əmri verdiyini bildirib.
“EDnews” xəbər verir ki, Kats bu barədə “X” sosial şəbəkəsində yazıb.
"İsrailin Baş naziri Binyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə İrandakı strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə hücumların intensivliyini artırmağı tapşırmışıq. Məqsədimiz İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və İran hökumətini sarsıtmaqdır", - o bildirib.