Niderlandın Təl-Əvivdəki səfirliyinin binası İranın raket zərbəsi nəticəsində zədələnib.
“EDnews” İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, dəymiş ziyan cüzidir, zərbə nəticəsində diplomatik nümayəndəliyin pəncərəsi sınıb. Ölən və yaralanan yoxdur.