"Real Madrid"in baş məşqçisi Xabi Alonso rəhbərlikdən kreativ, topa nəzarət edən yarımmüdafiəçi tələb edib.
“EDnews” xəbər verir ki, lakin klubun rəhbərliyi yetəri qədər orta xətt oyunçuları olduğunu düşünür.
Bu barədə İspaniyanın "MARCA" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Real Madrid" ötən gecə Xabi Alonso rəhbərliyində ilk matçını keçirib. Onlar Klublararası dünya çempionatında "Əl-Hilal"la 1:1 hesablı heç-heçə edib.
Hazırda onların heyətində yarımmüdafiədə oynaya biləcək Orelyen Tçuameni, Eduardo Kamavinqa, Federiko Valverde, Araf Güler, Cud Bellinqem və Dani Sebalyos var.
Əlavə edək ki, Luka Modriç KDÇ-dan sonra Madrid klubunu tərk edəcək.