Azərbaycanda Milli Etalon Vaxtı yaradılır

Elm və texnologiya 11:24 18.04.2025

Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb.

  “EDnews”  Azərbaycan Metrologiya İnstitutuna (AzMİ) istinadən xəbər verir ki, hazırda ölkəmizdə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması (vaxt sinxronizasiyası) müxtəlif xarici mənbələrdən və üsullardan istifadə edilərək həyata keçirilir. Bu isə xarici sistemlərdən asılılığı artırmaqla yanaşı, vaxtın daha dəqiq sinxronizasiyasını çətinləşdirir. Nəticə etibarilə, maliyyə, logistika, kommunikasiya və digər sahələrdə bir sıra maneələrin yaranması ehtimalı artır.

AzMİ tərəfindən bu məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.21-ci “Ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi” bəndinin icrası çərçivəsində AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında artıq sezium atom saatları və GNSS (Global Navigation Satellite System - Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb. Sözügedən avadanlıqların quraşdırılması Milli Etalon Vaxtının yaradılması ilə bağlı prosesdə mühüm əhəmiyyət kəsb edir.

Bu çərçivədə GNSS peyklərindəki atom saatları ilə AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasındakı atom saatları arasındakı zaman fərqi hər gün mütəmadi ölçüləcək, əldə edilən məlumatlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya (Bureau International des Poids et Mesures - BIPM) göndəriləcək. Bu metodla dünya standartı olan UTC-nin (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) Azərbaycanın milli etalon vaxtı (UTC-AZ) ilə müqayisə edilməsi sayəsində zaman fərqinin izlənməsi mümkün olacaq.

Beynəlxalq izlənəbilən zaman yaradıldıqdan sonra laboratoriyada quraşdırılan NTP (Network Time Protocol - Şəbəkə Vaxtı Protokolu) sistemi vasitəsilə ölkənin milli etalon vaxtı ilə internet üzərindən sinxronizasiya mümkün olacaq. Beləliklə, respublikada vahid zamanın istifadəsi təmin ediləcək. Bu da öz növbəsində ölkə daxilində müxtəlif sahələrin daha səmərəli və etibarlı fəaliyyət göstərməsinə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Milli Etalon Vaxtının yaradılması prosesinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu addımlar Azərbaycanı həm daxili, həm də beynəlxalq səviyyədə daha etibarlı və koordinasiya olunmuş vaxt sisteminə sahib ölkəyə çevirəcək.

Fatimə Mərdanlı // EDnews 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Hamısı