Belarus Prezidenti Aleksandr Lukaşenko rəsmi səfər çərçivəsində İndoneziyaya gedib.
EDnews xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb.
Məlumata görə, Belarus liderinin səfər proqramında ilk tədbir İndoneziya hökumətinin üzvləri ilə görüş olacaq.
Görüşdə iki ölkə arasında mühüm birgə investisiya layihələrinin icrası müzakirə ediləcək.
Qeyd edək ki, bundan öncə Cakartada Belarus-İndoneziya biznes forumu keçirilib. Forum çərçivəsində ümumi dəyəri 76 milyon dollar olan müqavilələr imzalanıb. Lukaşenko sözügedən görüş zamanı bildirib ki, Belarus İndoneziya ilə əməkdaşlığı genişləndirməyə hazırdır.
Xatırıladaq ki, iyunun 29-da Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Sədri Si Cinpin arasında danışıqlar keçirilib.








