Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.
EDnews xəbər verir ki, bu barədə səfir özünün feysbuk hesabında paylaşım edib.
Aleksandr Esaulenko paylaşımında Azərbaycan xalqını 28 May — Müstəqillik Günü münasibətilə təbrik edib. O qeyd edib ki, oğlunun ifası Azərbaycana olan hörmət və sevginin göstəricisidir.
Səfir paylaşımında bildirib:
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”.
Esaulenko həmçinin paylaşımına oğlunun “Şən Azərbaycan” mahnısını ifa etdiyi videonu da əlavə edib.





.jpg)

