Şuşa istiqamətində hərəkət edən vətəndaşlar üçün alternativ yol seçimi mövcuddur.
EDnews xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan ödənişli, Zəfər Yolundan isə ödənişsiz istifadə edə bilərlər.
Agentlikdən bildirilib ki, bu seçim imkanı dövlət standartlarına uyğun ödənişsiz yolun mövcudluğu ilə əlaqədardır. Beləliklə, hərəkət iştirakçıları Şuşa istiqamətində səfər zamanı öz seçimlərinə uyğun marşrutdan istifadə edə biləcəklər.
Məlumata əsasən, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu müasir yol infrastrukturu tələblərinə uyğun inşa edilib və ödənişli əsaslarla istifadə üçün nəzərdə tutulub. Bununla yanaşı, Zəfər Yolu vətəndaşlar üçün ödənişsiz alternativ marşrut kimi qalır.
Qeyd olunub ki, hər iki yol Şuşa istiqamətində hərəkət edən sürücülərə seçim imkanı yaradır və nəqliyyat axınının daha rahat təşkilinə xidmət edir.






.jpg)
