Azərbaycan-Gürcüstan marşrutu üzrə hərəkət edən qatarlarda sərhəd və gömrük nəzarətinin təşkili ilə bağlı yoxlama aparılıb.
EDnews xəbər verir ki, yoxlama zamanı beynəlxalq dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərhəd keçid prosedurlarının icrası, sərnişinlərin sənədlərinin yoxlanılması və gömrük nəzarətinin təşkili nəzərdən keçirilib.
Tədbir çərçivəsində qatarlarda sərhəd və gömrük xidmətlərinin fəaliyyətinin mövcud tələblərə uyğunluğu, sərnişin axınının idarə olunması, yüklərin və baqajların yoxlanılması prosesi qiymətləndirilib.
.jpg)







