Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.
EDnews “Report”a istinadən xəbər verir ki, bu barədə agentliyin Gürcüstan bürosu məlumat yayıb.
Xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində qeyd olunub. Mərasim zamanı rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq Bakı–Tbilisi–Qars dəmir yolunun yeni mərhələdə tam istismara verildiyini elan ediblər.
BTQ dəmir yolu xətti regionun nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xətt Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların artırılmasına, həmçinin Orta Dəhliz üzrə tranzit potensialının gücləndirilməsinə xidmət edir.
Modernləşdirmə işlərindən sonra Bakı–Tbilisi–Qars xəttinin daha səmərəli fəaliyyət göstərəcəyi və beynəlxalq yükdaşımalar üçün mühüm marşrutlardan biri kimi rolunun artacağı gözlənilir.






.jpg)
