Somalinin paytaxtı Moqadişodakı Aden-Adde beynəlxalq hava limanında hərbi helikopterin qəzaya uğrayaraq partlaması nəticəsində insan tələfatı qeydə alınıb.
EDnews xəbər verir ki, məlumat yerli KİV-lərə istinadən yayılıb. Hadisəyə məruz qalan helikopterin Afrika İttifaqının Somali üzrə sülhməramlı missiyası – ATMIS-ə aid olduğu qeyd olunur. Ehtimallara görə, hava gəmisinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olması da istisna edilmir.
Qəza zamanı helikopterin partladığı və çoxsaylı insanın həlak olduğu bildirilir. Lakin hələlik ölənlərin dəqiq sayı barədə təsdiqlənmiş məlumat verilməyib.
Şəms Qasımlı // EDnews