İran İsrailə hücumlar zaman öz raket gücünün 25-30%-dən istifadə edib.
“EDnews” xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun koordinasiya üzrə komandan müavini Əli Fəzli bildirib.
Onun sözlərinə görə, Tehran 2006-cı ildən Tel-Əviv və Vaşinqton tərəfindən kütləvi hücuma hazır olublar: "Hazırda İranın mövcud raket gücünün təxminən 25-30%-i istifadə olunub. Biz hələ raket şəhərciklərindən heç birini açmamışıq, digərlərində isə ictimaiyyətə yalnız məhdud hissələr göstərilib, halbuki, ölkənin gizli müdafiə gücünün əhəmiyyətli hissəsi bu şəhərlərdə yerləşir".