Havay adalarında yerli icma nümayəndələri ABŞ ordusunun Sakit okeanın ortasında yerləşən yeganə hərbi bazanı tərk etməsini tələb edirlər.
“EDnews” xəbər verir ki, ABŞ ordusu Asiya-Sakit okean regionunda artan təhlükələr fonunda, xüsusilə Çinin təzyiqləri səbəbi ilə, Havaydakı mövcudluğunu gücləndirməyi planlaşdırır. Lakin hərbi poliqonun əsas hissəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi 2029-cu ildə başa çatır. Aborigenlər bu torpaqların və su ehtiyatlarının ABŞ hərbçiləri tərəfindən çirkləndirilməsindən narazılıq ifadə edirlər.
"Onlar təkcə torpaqlarımızı yox, həm də su mənbələrimizi çirkləndiriblər", - deyə "Ka Lahui Hawaii" qrupunun fəalı bildirib.
Hərbçilərin Havay ərazisinin təxminən 5%-nə nəzarət etməsinə və ekoloji müdafiə sahəsində gördükləri işlərə baxmayaraq, adada bir çox sakin keçmiş insidentlər səbəbi ilə ABŞ ordusuna qarşı etimadsız yanaşır.