Məşhur “Hollivud” aktyoru Maykl Madsen 67 yaşında vəfat edib.
EDNEWS xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.
Məlumata görə, sənətçi Kaliforniyanın Malibu şəhərindəki evində ölü tapılıb.
Aktyorun yaxınlarının sözlərinə görə, o ürək tutmasından vəfat edib.
Qeyd edək ki, karyerasına 80-ci illərdə başlayan Madsen “Reservoir Dogs”, “Kill Bill” və “The Hateful Eight” filmlərindəki rolları ilə izləyicilərin könlünə yol tapmağı bacarıb.