Britaniyalı pilot müğənni Kəmalə Qaramollayevaya elçi düşüb.
Bu barədə "Rəngarəng" verilişində bildirilib. Kəmalə məlumatı təsdiq edib.
O bildirib ki, ikinci dəfə ərə getdiyi üçün həmin pilotun elçi gəlməsini istəməyib.
Britaniyalı pilotun atası alman, anası isə ingilisdir. Onun 40, Kəmalənin isə 36 yaşı var. Pilot Londonda hava limanında işləyir. O tez-tez Kəmalə Qaramollayevanın paylaşımlarına sevgi etirafları yazır.
Xatırladaq ki, sənətçi ilk həyat yoldaşından boşanıb. O ikinci dəfə yəhudi iş adamı ilə ailə qurub. İfaçının bir övladı var./