Azərbaycan karateçisi İlkin Abaslı 24 aylıq diskvalifikasiya edilib.
“EDnews” xəbər verir ki, idmançının cəzalanmasına qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.
Sanksiya qərarı bu il mayın 29-dan qüvvəyə minib. Cəzanın müddəti 2027-ci il mayın 29-da bitəcək.