"Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonuna qədər Ukraynaya iki milyon ədəd mərmi və 1.5 milyard avro verəcək".
“EDnews” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kopenhagendə keçirdiyi brifinqdə deyib.
"1.5 milyard avronun mənşəyi çox vacibdir. Biz Rusiyanın pullarından (Rusiyanın dondurulmuş aktivləri - red.) istifadə edirik.
Faktiki olaraq Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir", - deyə o vurğulayıb.