Məşhur futbolçu Dioqu Jotanın öldüyü qəzanın təfərrüatı bəlli olub.
“EDnews” xəbər verir ki, avtomobil qəzası zamanı futbolçunun avtomobili aşıb və yanıb.
Qəza zaman futbolçu qardaşı Andre ilə birlikdə olub. Onlar yanaraq ölüblər.
Qeyd edək ki, futbolçu iyunun 22-də ailə həyatı qurmuşdu.