2026/2027-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.
EDnews xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da yekunlaşacaq.
Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız bir istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
DİM-in internet səhifəsində abituriyentlərə və subbakalavrlara “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər barədə məlumat veriləcək.
“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahanın tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Qəbul və ya buraxılış imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili, dövlət dili üzrə ilk cəhdin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər.
Lakin həmin abituriyentlər yalnız iyunun 21-də keçiriləcək Azərbaycan dili, dövlət dili üzrə imtahanın ikinci cəhdində “məqbul” aldıqları halda müsabiqəyə buraxılacaqlar.
.png)

.jpg)


.jpg)

