rafik prosessorlar üzrə ixtisaslaşan "Nvidia" şirkətinin kapitallaşması dörd trilyon dolları ötüb.
“EDnews” xəbər verir ki, ticarət əməliyyatlarına dair məlumatlar buna dəlalət edir.
Bildirilir ki, şirkət tarixdə ilk dəfə olaraq belə bir bazar dəyərinə çatıb.
Bakı vaxtı ilə saat 17:48-ə olan məlumata görə, "Nvidia" səhmlərinin qiyməti hər qiymətli kağız üçün 2.53% artımla 164 dollara qədər təşkil edib.