ABŞ ordusu İranın İlam vilayətinin Dehluran şəhərinin Musian rayonundakı mineral su istehsalı müəssisəsinə hücum edib.
EDnews xəbər verir ki, bu barədə məlumat "Tasnim" agentliyində yayılıb.
"Mineral su istehsalı müəssisəsinə üç mərmi atılıb", - məlumatda bildirilib.
Qeyd edilib ki, hücum nəticəsində tələfat olmayıb, lakin müəssisəyə maddi ziyan dəyib.
Xatırladaq ki, İrandakı digər partlayışların dəqiq yeri və ziyan barədə hələ məlumat açıqlanmayıb.







