İran ordusu ABŞ-nin hava hücumlarına cavab olaraq Birləşmiş Ştatların Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.
EDnews xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib və hərbi bazalardan birinə raket atılıb. Hücum barədə məlumatı Bəhreynin Daxili İşlər Nazirliyi təsdiqləyib.
"İnsanların yaxınlıqdakı sığınacaqlara yerləşdirilməsi tövsiyə olunub", - məlumatda bildirilib.
ABŞ-nin Küveytdəki hərbi bazasında da partlayışın baş verdiyi barədə məlumat yayılıb.
06:01
İran həm İordaniya, həm də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Muvaffaq Salti hərbi bazasını hədəfə alıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu, ABŞ-nin İrana son zərbələrinin ardınca baş verib.
İrana aid raketlərin uğurla zərərsizləşdirildiyi bildirilsə də, partlayış səslərinin eşidildiyi barədə də xəbərlər yayılıb. Hətta İordaniyanın paytaxtı Əmmanın hava limanında uçuşların müvəqqəti dayandırıldığı bildirilir.







