Tailandın paytaxtı Banqkokda barda baş verən güclü yanğın nəticəsində azı 27 nəfər həlak olub, daha 63 nəfər yaralanıb.
EDnews xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Tailandın Baş naziri Anutin Çarnvirakulun bəyanatına istinadən məlumat yayıb.







