İranın cənub sahillərində yerləşən bir neçə şəhərdə ardıcıl partlayışlar qeydə alınıb.
EDnews “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, Bəndər-Abbas və Sirik şəhərləri yaxınlığında 10-dan çox partlayış səsi eşidilib.
Məlumata görə, partlayışlar İranın cənubundakı liman şəhərlərinin yerləşdiyi ərazidə qısa zaman ərzində baş verib. İlkin məlumatlarda hadisələrin səbəbi, mümkün dağıntılar və itkilər barədə ətraflı məlumat verilməyib.
İran dövlət televiziyası Qeşm adası və Cask şəhəri ərazisində də partlayışların baş verdiyini bildirib. Qeşm istiqamətinə raketlərin buraxıldığı təsdiqlənsə də, ilkin məlumatlara əsasən, insan itkisi qeydə alınmayıb.







